31 yanvar 2012 00:09
Nasimov: Bütün klubların şansları bərabərdi
"Neftçi"nin hücumçusu Bahodir Nasimov ötən gün qarşılaşdıqları "Poloniya" ilə görüşdən sonra klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, 3:1 hesablı qələbələrini belə şərh edib:
"İlk dəqiqələrdən oyuna biz diqtə etdik. Əks hücumlarımız da istədiyimiz kimi alındı. Qələbə qazanmaqla finala çıxmaq şansımızı da saxladıq. Üstəlik qrupumuzun digər matçında "Paxtakor" klubu "Metallist"ə qalib gəlib. Deməli bütün klubların şansları bərabərdi. Çalışacağıq ki, "Paxtakor"la qarşılaşmada da 3 xal əldə edək".
