31 yanvar 2012 12:22
Sergey Yuran Simurqun planlarını dəyişdi
“Simurq”un Türkiyədə həyata keçirdiyi təlim-məşq toplanışı üçün planları dəyişib. Azerisport.az xəbər verir ki, buna səbəb ölkəmizdəki hava şəraitinin heç də yaxşı olmamasıdı.
Belə ki, vətənə dönməyə hazırlaşan Zaqatala klubu baş məşqçi Sergey Yuranın istəyi ilə məhz bu səbəbdən daha bir həftə Antalyada qalmağa qərar verib. Zaqatala təmsilçisi qarşıdakı bir həftə ərzində daha iki yoxlama oyunu keçirməyi də planlaşdırır.
