31 yanvar 2012 00:28

“Neftçi belə oynasa, Paxtakoru məğlub edəcək”

Azərbaycan çempionu "Neftçi" hazırda Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turnirinin qrup mərhələsi çərçivəsindəki ikinci oyununda uğur qazanmağı bacardı. Azerisport.az xəbər verir ki, Polşanın “Poloniya” klubuyla qarşılaşan təmsilçimiz 3:1 hesablı qələbəyə sevindi.
 
Bu qələbə sayəsində “Neftçi” qrupdan çıxmaq şanslarını yaxşılaşırdı. Komandamız artıq qrup ikincisidi. Birinci pillədə ilk oyununda “ağ-qaralar”ı 3:1 hesabıyla məğlub etmiş Xarkov “Metallist”i (Ukrayna) gedir. Polşa “Poloniya”sı və Özbəkistan “Paxtakor”u isə son iki pilləni bölüşürlər. Amma bütün komandaların 3 xalı var. Bu üzdən qrup qalibini son turun oyunları müəyyənləşdirəcək. Hansı ki, “Neftçi” özbəklərlə, “Metallist” isə “Poloniya” ilə qarşılaşacaq.
 
“Neftçi” – “Poloniya” matçından sonra Polşa klubunun çalışdırıcısı Yatsek Zelinski bir sıra maraqlı fikirlər səsləndirdi. Saytımıza müsahibəsində təcrübəli mütəxəssis məğlubiyyətlərinin səbəblərindən də danışdı: “Bu gün biz məğlub olsaq da, bütövlükdə pis oynamadıq. Xüsusilə də mövqe baxımından daha yaxşı idik. Sizin klub isə əks-hücumlara üstünlük verməklə qələbə qazandı. Futbolçularımız çox çalışdılar. Lakin görünür “Neftçi”nin oyunçuları bu oyuna daha yaxşı köklənibmiş və psixoloji cəhətdən yaxşı hazırlıqlıymış. Çünki futbolda qələbəni adətən qol vuran komanda qazanır”.
 
Zelinski “Neftçi” haqda kompliment deməkdən də çəkinməyib: “Mən “Neftçi”nin “Metallist”lə oyununu da izləmişdim. Yaxşı komandadı. Düzdü, həmin görüşdə ukraynalılar daha yaxşı təsir bağışladılar. Bizim üçün bu oyunlarda əsas məqsəd heyətimizi yoxlamaqdı”.
 
Məlum olduğu kimi, “Poloniya”nın çalışdırıcısı Azərbaycan futboluna yaxşı tanış olan simalardandı. Zelinskinin çalışdırdığı klublar avrokuboklarda iki dəfə Azərbaycan təmsilçiləriylə qarşılaşıb və hər ikisində polşalılar gülən tərəf olublar. İlk dəfə “Qrotslin”lə “MKT-Araz”ı mübarizədən kənarlaşdıran mütəxəssis daha sonra “Lech”lə “İnter”ə eyni aqibəti yaşadıb. Təbii ki, polşalı mütəxəssis qarşılaşdığı komandaları müqayisə etməyi də unutmadı: “Öncə “MKT-Araz”, daha sonra “İnter”, indi də “Neftçi”. Nə demək olar? Hər dəfə biz daha güclü Azərbaycan klubu ilə üzləşmişik”.
 
Söhbət zamanı komandaların finala çıxmaq şanslarına da toxunan Zelinski maraqlı fikir səsləndirib: “Biz “Metallist”i məğlub edə bilərik, siz də “Paxtakor”u. Belə olan halda komandanız finala çıxacaq. Əgər “Neftçi” özbəklərlə də belə oynasa, qələbə qazanacaq”.
 
Qeyd edək ki, turnirin təşkilatçıları qrup mərhələsində heç-heçəyə razı olmur. Əgər görüşün əsas vaxtı heç-heçə bitirsə, qalibi penaltilərlə müəyyənləşdirmək lazım gəlir. Zelinski bu məsələyə də münasibətini açıqlayıb: “Mən oxşar sistemlə keçirilən turnirdə çıxış etmişəm. Əlbəttə, bu, çətindi, amma maraqlıdı. Bu qayda “Neftçi” ilə oyunda hesabı bərabərləşdirəcəyimiz halda bizə yardımçı ola bilərdi. Mən son ana kimi ümidli idim. Amma bu, olmadı”.
 
B qrupunda komandaların durumu: Metallist – 3 xal (4-2), Neftçi – 3 (4-4), Poloniya – 3 (3-4), Paxtakor – 3 (2-3).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.