31 yanvar 2012 00:37
Rusiya klubu Neftçinin yarımmüdafiəçisi ilə maraqlanır?
Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turnirinin qrup mərhələsi çərçivəsindəki keçirilən Polşa “Poloniya”sı ilə oyundan (3:1) sonra “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyevlə bir Rusiya klubunun maraqlandığına dair informasiyalar yayılıb. Azerisport.az xəbər verir ki, həmin klubun adı gizli saxlanılır.
Lakin maraqlıdı ki, paytaxt klubunun vitse-prezidenti Tahir Süleymanov saytımıza açıqlamasında İmamverdiyevin xarici kluba keçidi barədə danışmaq istəməyib. O, həmçinin komandanın transferə çıxarılan belçikalı forvardı Emil Mpenza ilə də bağlı danışmaqdan imtina edib.
