31 yanvar 2012 12:53
Xəzər Lənkəranda ad günü (FOTO)
Antalya toplanışını davam etdirən “Xəzər Lənkəran” dünən səhər məşqini məskunlaşdığı otelin fitnes salonunda kecirib. Axşam isə yaşıl meydanda taktiki hazırlıq üzrə çalışmalar davam edib.
Azerisport.az xəbər verir ki, axşam yeməyində “Gloria” otelinin restoranında “Xəzər Lənkəran”lı futbolçular komanda yoldaşları Katalin Domanın dogum gününü qeyd ediblər. Adəti üzrə şam yeməyindən sonra Domanın şərəfinə hazırlanan tort komanda yoldaşlarının alqışları altında futbolçu tərəfindən kəsilərək toplanış iştirakçılarına paylanıb. Komandanın rəisi Səməd Mustafayev və icraçı direktor Hoccət Hacıyev futbolçunu təbrik edərək, ona uğurlar arzulayıblar.
