31 yanvar 2012 00:45
“Bunun davamını Paxtakor ilə oyunda da gətirmək istəyirik”
"Neftçi"nin hücumçusu Bahodir Nasimov ötən gün qarşılaşdıqları "Poloniya" ilə görüşdən sonra klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, 3:1 hesablı qələbələrini belə şərh edib:
"Qol vurub komandamızın qələbəsində pay sahibi olduğuma görə sevinirəm. Hamımız qələbəyə köklənmişdik. Güclü rəqibə qarşı layiqli oyun göstərib, uğur qazandıq. Bunun davamını "Paxtakor"la oyunda da gətirmək istəyirik".
