1 fevral 2012 01:02
Azərbaycanın rəqibi Litva ilə qarşılaşacaq
Futbol üzrə Rusiya yığması özünə yeni rəqib tapıb. Azerisport.az xəbər verir ki, şimal qonşularımız Litva yığmasıyla qarşılaşmaq qərarına gəliblər.
Sözügedən ölkə yığmaları arasındakı görüş mayın 29-da baş tutacaq. Hazırda Litva və Rusiya futbol qurumları arasında son detalları dəqiqləşdirmək üçün danışıqlar gedir.
Maraq üçün qeyd edək ki, Rusiya DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanın rəqiblərindəndi.
