1 fevral 2012 13:18
Yığmamızın təlim-məşq toplanışı keçiriləcək
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, toplanış fevralın 21-dən 29-a qədər Bakı şəhərində təşkil olunacaq. Toplanışa dəvət olunmuş futbolçuların siyahısı hələlik müəyyənləşdirilməyib.
