1 fevral 2012 21:20
Xəzər Lənkəran 4 cavabsız qolla məğlub oldu (YENİLƏNİB)
Türkiyədəki təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün qardaş ölkədə daha bir sınaq matçı keçirib. Azerisport.az xəbər verir ki, Cüneyt Biçər yetirmələrini Rumıniyanın “Vointa Sibiu” komandası ilə görüşdə sınayıb.
Qarşılaşma lənkəranlılar üçün heç də uğurlu alınmayıb. Belə ki, artıq 36 dəqiqə ərzində XL qapısında 3 qol görüb. Fasilədən sonra isə rumınlar təmsilçimizə daha bir qol vurmaqla, darmadağına imza atıblar.
Maraq üçün bildirək ki, “Xəzər Lənkəran” bundan öncə Türkiyədə üç yoxlama matçı keçirmişdi. Cənubluların Antalyadakı ilk rəqibi Türkmənistan yığması olmuşdu. "Ağ-yaşıllar" həmin oyunda qeyri-adi rəqib üzərində 3:1 hesabıyla qələbə qazanmışdılar. Almaniyanın “Wolfsburg II” komandası ilə görüşdə də sevinən tərəf cənublular olmuşdular - 2:1. Elə Qazaxıstan “Atırau”su da “ağ-yaşıllar”a eyni hesabla yenilmişdi.
Yoxlama oyunu
1 fevral
Xəzər Lənkəran - Vointa Sibiu - 0:4 (0:3)
"Xəzər Lənkəran"ın start heyəti: Kamal Bayramov, Adrian Pit, Şəhriyar Xəlilov, Zahid Quliyev, Elnur Allahverdiyev, Rikardinyo, Elnur Abdullayev, Antonio Semedo, Rahid Əmirquliyev, Salif Balu, Saydu Malyen.
Oyun başladı
19-cu dəqiqədə rumınlar hesabı açırlar - 0:1
23-cü dəqiqədə komandamız daha bir top buraxır - 0:2
36. Rumıniya klubu hesabı darmadağın həddinə çatdırır - 0:3
"Xəzər Lənkəran" topa daha çox nəzarət edən tərəf olsa da, rumınların əks-hücumları çox təhlükəlidi
Rəqib üç qolun hamısını məhz əks-hücumda vurub
Birinci hissə başa çatdı
İkinci hissə başladı
63. "Xəzər Lənkəran" qapısından 4-cü topu buraxır - 0:4
Matç başa çatdı
