1 fevral 2012 14:24

Bakı La Liqadan futbolçu gətirir

“Bakı” şok transfer həyata keçirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, paytaxtın eyniadlı klubu ispaniyalı hücumçu Serxio Kontrerası heyətinə qatmağa çalışır.
 
Qeyd edək ki, “Koke” ləqəbli futbolçu cari mövsümə İspaniya La Liqasında çıxış edən “Rayo Vallecano”da başlayıb. Lakin qışda tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırıblar. Bu üzdən hazırda Kontreras azad agent statusuna malikdi.
 
“Bakı”nın baş meneceri Zeynal Məmmədov bu məlumatları saytımıza açıqlamasında təsdiqləyib: “Bəli, biz bu futbolçu ilə maraqlanırıq. Hazırda danışıqlarımız davam edir”.
 
Qeyd edək ki, Kontreras karyrasına “Malaga”da başlayıb. Burda 6 oyuna 1 qol vuran futbolçu 2004–2006-cı illər aralığında Fransanın “Olympique” (Marsel) klubunda çıxış edib. O, sözügedən ölkədə 43 oyuna 6 top vurub. 2006-cı ildə isə Portuqaliyanın “Sporting” klubuna (6 oyun, 2 qol) icarəyə gedib.
 
Koke karyerasının böyük hissəsini 2006–2011-ci illər aralığında Yunanıstanın “Aris” klubunda keçirib. O, burda 132 oyuna 28 qola imza atıb. Ötən il Kontreras ABŞ çempionatında çıxış edən “Houston Dynamo”ya da keçib və 7 oyunda 1 qol vurub. Onun son klubu “Rayo Vallecano”dakı karyerası isə 5 oyun, 1 qolla məhdudlaşıb.
 
İspaniyalı forvardı “Bakı” ilə yanaşı Polşa “Legia”sı da öz sıralarından görmək istəyir. Paytaxt klubunun artıq argentinalı Lukas Mario Horvat, xorvatiyalı Duje Bakoviç və serbiyalı Nenad Kovaçeviçi heyətinə qatdığını da xatırladaq.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.