1 fevral 2012 14:33
Xəzər Lənkəranlı oyunçu İspaniya klubuna keçir
“Xəzər Lənkəran”ın transferə çıxardığı Mario Rosas karyerasını İspaniyada davam etdirə bilər. Azerisport.az xəbər verir ki, ispan futbolçu hazırda “Hueska” klubu ilə danışıqlar aparır.
“Barcelona”nın yetirməsinın 1-ci liqada – Sequndada çıxış edən kluba keçmək ehtimalının böyük olduğu deyilir. “Hueska” hazırda turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” Mario Rosası 2011-ci ilin yayında İspaniyanın “Salamanka” klubundan transfer etmişdi. 31 yaşlı yarımmüdafiəçi 1994-2000-ci illərdə “Barcelona”nın müxtəlif yaş qrupları üzrə komandalarında, həmçinin B və A komandalarında çıxış edib.
