1 fevral 2012 14:53
Sumqayıt Rəvan ilə sınaq matçı keçirəcək
Sabahdan etibarən paytaxtda hazırlığa başlayacaq “Sumqayıt” Futbol Klubu yoxlama oyunu keçirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, Bernard Raabın komandası fevralın 3-də “Dalğa Arena”da Premyer Liqa təmsilçisi “Rəvan”la qarşılaşacaq. Oyun saat 14:00-da başlayacaq.
Xatırladaq ki, “Sumqayıt” fevralın 2-dən 5-dək hazırlığını Olimpiya Yığmalarının Təlim-Məşq bazasında keçirəcək. Komanda daha sonra məşqlərini “Dalğa Arena”da davam etdirəcək. (klub saytı)
