2 fevral 2012 02:44
İspaniya kuboku: Barcelona ilk oyunda sülhə razılaşdı (YENİLƏNİB)
Futbol üzrə İspaniya kubokunda yarimfinal mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
1/4 final mərhələsində “Espanyol”u mübarizədən kənarlaşdırmaqla böyük sensasiyaya imza atan aşağı liqa təmsilçisi “Mirandes” bu dəfə “Athletic”lə üz-üzə gəlib. Lakin bilbaolular bu sürpriz komandanı səfərdə yenməyi bacarıblar.
İkinci oyun günündə isə “Valencia” “Barcelona”nı qəbul edib. Bu görüşdə tərəflər sülhlə ayrılmağa üstünlük veriblər. Qeyd edək ki, finalçıların adlarına bir həftə sonra keçiriləcək cavab oyunlarında aydınlıq gələcək.
İspaniya kuboku
Yarımfinal (ilk oyunlar)
31 yanvar
Mirandes – Athletic – 1:2
1 fevral
Valencia - Barcelona - 1:1
