1 fevral 2012 15:03
Rəcəb Fərəczadə: Portuqaliyanı yenmək lazımdı
Futzal üzrə Azərbaycan yığmasının üzvü Rəcəb Fərəczadə Xorvatiyada keçirilən Avropa çempionatının bu gün baş tutacaq Portuqaliya ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz bilirik ki, rəqib qrupumuzun favoriti hesab olunur. Həmçinin onu da nəzərə alırıq ki, hələ indiyə qədər portəgizləri yenə bilməmişik. Amma nə vaxtda onları məğlub etməliyik. Bizim bunu həyata keçirmək üçün kifayət qədər gücümüz və təcrübəmiz var. Portuqaliyanı yenmək lazımdı”.