1 fevral 2012 15:55
İnter birinci divizion klubunu darmadağın etdi
"Şəfa" stadionunda təlim-məşq toplanışını davam etdirən "İnter"in əvəzedici komandası bu gün növbəti yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, birinci dəstə təmşilçisi "Neftçala" klubuyla keçirilən qarşılaşmanın birinci hissəsi qolsuz bərabərliklə yekunlaşıb.
Fasilədən sonra isə təşəbbüsə yiyələnən Tofiq Mustafayevin yetirmələri "Neftçala"nın qapısına üç cavabsız qol vurmağı bacarıb. Nəticədə görüş "İnter"in xeyrinə başa çatıb - 3:0.
Qeyd edək ki, “bankirlər”in heyətində Samir Hüseynli bir qolun müəllifi olub, digər iki topu isə aktivinə Kənan Cəfərov yazıb. Əlavə edək ki, bu axşam komanda daha bir yoxlama görüş keçirəcək. Bu oyunda "İnter" "Qəbələ"nin əvəzedici heyətiylə üz-üzə gələcək.
