1 fevral 2012 16:32

Andrey Tveryankin: Portuqaliyanı qələbə ilə təəccübləndirəcəyik

Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Andrey Tveryankin azerisport.az saytına müsahibəsində milli komandamızın Avropa çempionatındakı şanslarını dəyərləndirib.
 
- Sizcə, yığmamız AÇ-nin əsas favoritlərindən birinə - Portuqaliyaya qarşı oyuna hazırdı?
- Komandamızın son dövrlərdəki oyunlarının o qədər də parlaq alındığını demək olmaz. Amma biz sonuncu seçmə mərhələdə qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bildik. Lakin həmin oyunlara görə hazırda komandada hansısa pessimistlik yoxdu. Hər şey bizim əlimizdədi. Hazırda normal vəziyyətdəyik. Portuqaliya ilə yenidən oynamağa hazırıq.
 
- Azərbaycanın bu komanda üzərində qələbə qazanmasına çox az adam inanır…
- Biz bu haqda düşünmürük. Meydana çıxıb, nəyə qadir olduğumuzu göstərmək istəyirik.
 
- Bu oyun ərəfəsində AÇ-2010-dakı çıxışımızı yada salmamaq olmur. Həmin qitə birinciliyində bu iki komanda yarımfinalda üz-üzə gəlmişdi. Yığmamız rəqibinə sadəcə penalti seriyasında uduzmuşdu. O dövrlə müqayisədə Portuqaliya daha güclənib. Biz isə əksinə, öz mövqelərimizi əldən veririk. Bütün bunlar komandaya mənfi təsir göstərmir?
- Mən təbiətcə pessimist insan deyiləm. Əgər məndə elə düşüncə olsaydı, bu, heç kimə yaxşı nəsə verməzdi. Ola bilər ki, portəgizlər vavoritdilər. Razıyam ki, həmişə güclü olan qələbə qazanır. Amma görüşün necə bitəcəyini heç onlar özləri də deyə bilməzlər. Hər şeyi oyun göstərəcək.
 
- Portuqaliyanı bu dəfə nə iləsə təəccübləndirməyi düşünürsüz?
- Qələbə ilə təəccübləndirəcəyik (gülür). Öz adi oyunumuzu sərgiləməyi düşünürük. Amma konkret necə oynayacağıq, hücuma, yoxsa əks-hücumlara üstünlük verəcəyimizi baş məşqçi müəyyənləşdirəcək.
 
- Artıq indidən hamı yığmamızın əsas gücü Serbiya ilə oyuna yönəldəcəyini düşünür…
- Hesab edirəm ki, qrupumuzdakı bütün komandaların şansları bərabərdi. Serblər də bizim kimi, Portuqaliyanı məğlub edə bilərlər. Hələ nəyin necə olacağı heç kimə bəlli deyil.
 
- Komandamızın qarşısına artıq hansısa hədəf qoyulub?
- Hələ bizə heç kim heç nə deməyib. Hələ ümumi toplantımız olmayıb. Amma güman ki, hədəfsiz ötüşməyəcək. Fikrimcə, əsas məqsəd qrupdan çıxmaqdan ibarətdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.