1 fevral 2012 18:11
Türkiyə yığmasından millimizə 4 cavabsız qol
Türkiyənin Antalya şəhərində təlim-məşq topdanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, 1995-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Türkiyə yığması ilə qarşılaşan komandamız 0:4 hesabı ilə məğlub olub.
Bu komandalar arasında növbəti oyun fevralın 3-də keçiriləcək.
