1 fevral 2012 20:04

Abasov: Karyeramı bu klubda başa vurmaq istəyirəm

“Sumqayıt” Futbol Klubunun kapitanı Samir Abasovun bu gün 34 yaşlı tamam olur. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu bu münasibətlə klubun rəsmi saytına müsahibə verib.
 
- 34 yaş sizin üçün nə deməkdir?
- İlk öncə təbrikə görə sizə minnətdarlığımı bildirirəm. 34 yaş insan həyatı üçün heç də az yaş deyil. Qocaldığımı hiss edirəm. Futbolçu kimi son dövrləri yaşayıram. Bunu fikirləşdiyim zaman kövrəlirəm. Futbolçu üçün sonu fikirləşmək ən pis duyğulardandır. Bunu bütün futbolçular təsdiqləyə bilər.
 
- Arxada qalan 34 ildə nə üçün təəssüflənmisən?
- Futbolçu üçün ən pis zaman onun zədələnməsidir. Karyeram ərzində elə vaxtlar olub ki, zədəli olduğum üçün xeyli müddət yaşıl meydanlardan kənarda qalmışam. Futbolçu kimi zədələrə görə təəssüflənmişəm. Həyatda isə, Allaha şükürlər olsun heç nəyə görə təəssüf hissi keçirməmişəm. Hazırkı həyatımdan çox razıyam.
 
- Həyatında ən sevincli günlərin...
- Həyatımda ən sevincli günlərim övladlarımın anadan olduğu tarixlərdir. Böyük oğlum Orxan dünyaya gələn zaman, daha dəqiq desəm 2007-ci il 28 noyabr tarixini heç vaxt unutmayacağam. 2009-cu ildə kiçik oğlum Sərxanın anadan olması da həyatıma qızıl hərflərlə yazılıb. 34 ildə ən sevincli günlərdən biri də milli komandanın heyətində vurduğum ilk qoldur. Bolqarıstanda təlim-məşq toplanışında olan zaman yerli klubların biri ilə qarşılaşırdıq. 2:0 hesabı ilə qalib gəldiyimiz yoxlama oyununda ilk qolun müəllifi olmuşdum. Səmimi deyirəm, bunu heç vaxt unutmayacağam.
 
- Ad gününü qeyd etməyi xoşlayırsanmı?
- Özümə heç vaxt ad günü keçirməmişəm. Doğum günü qeyd etməyi qətiyyən sevmirəm. Ailəmi, dostlarımı və yaxınlarımı əziyyətə və xərcə salmaq istəmədiyim üçün belə edirəm. Buna baxmayaraq, başqalarının ad günlərinə getməyi çox sevirəm.
 
- Hansı doğum günün sənin üçün daha yaddaqalan olub?
- İlk dəfədir ki, ad günümü evdə ailəm və övladlarımla qeyd edirəm. Bəlkə də bu, mənim üçün ən yadda qalan doğum günü olacaq. Uşaqlıq illərini nəzərə almasam, bu vaxtda qədər əksər doğum günlərim milli komandanın təlim-məşq toplanışlarına təsadüf edib. Coko Hadziyevski yığma komandanın baş məşqçisi olan zaman Türkiyədə hazırlıq keçirdik. Uşaqların bəziləri ad günüm olduğunu bilirdi. Buna görə də, komanda mənim üçün xüsusi tort almışdı.
 
– Bu vaxtda qədər ad günündə aldığın ən yaddaqalan hədiyyə...
- Mən daha çox hədiyyə verməyi sevirəm. Aldığım hədiyyələrin hamısı mənim üçün əzizdir. Ailəm tərəfindən aldıqlarım isə mənə daha doğmadır.
 
- Futboldan başqa nə ilə məşğul olursan?
- Təbiəti çox sevirəm. Boş vaxtlarım olan zaman ağac əkirəm.
 
- Futbolçu kimi son olaraq hansı komandanın formasını geyinmək istərdin?
- Kasıb ailədə böyümüşəm. Uşaqlıq illərim də çətin keçib. Futbola Sumqayıt şəhərində başlamışam. İlk məşqçim isə Tofiq Rzayev olub. Hərbi xidmətdən qayıtdıqdan sonra böyük futbola başladım. Ondan sonra vəziyyət mənim üçün yaxşılığa doğru dəyişdi. Hazırda “Sumqayıt” Futbol Klubunun bir parçasıyam və bununla fəxr edirəm. Açığı, maliyyə cəhətdən daha yüksək təkliflər almışdım. Lakin uşaqlıqdan bəri bir arzum var. Futbola Sumqayıtda “əlvida” demək istəyirəm. İnşallah, qismət olarsa, “vida oyunumu” bu komandanın forması ilə keçirmək niyyətindəyəm.
 
- Gələcəklə bağlı nə düşünürsən?
- Futbolçu karyeramı bitirdikdən sonra özümü məşqçi kimi sınamaq istəyirəm. Futbol mənim həyatımdır. Bu sahədən ayrılsam, yaşaya bilmərəm. Məşqçilik işinə isə tez bir zamanda başlamaq istəmirəm. Qismət olsa, bir qədər təcrübə keçmək istərdim. Ən böyük arzum da nə vaxtsa milli komandalardan birini çalışdırmaqdır
 
- Samir Abasov öz doğum günündə özünə nə arzulayır?
- Əsas cansağlığı...

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.