1 fevral 2012 21:14
İnter Qəbələyə uduzdu
“İnter”in əvəzedici komandası bir gündə ikinci yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, “Neftçala”nı 3:0 hesabı ilə yenən “bankirlər” ardınca “Qəbələ”nin əvəzedi heyəti ilə qarşılaşıb.
“Şəfa” stadionunda keçirilən oyunda Tofiq Mustafayev meydana əsasən ehtiyat üzvlərini və baxışda olan futbolçuları buraxıb. Görüş “Qəbələ”nin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. “İnter”in heyətində Mənsur Nəhavəndi, Tamerlan Əliyev və İlkin Sadıxov fərlənib.
