1 fevral 2012 00:04
Sumqayıt vətənə qayıtdı
“Sumqayıt” Futbol Klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, Bernard Raab yetirmələrinə bir günlük istirahət verib.
Komandamız fevralın 2-dən 5-dək hazırlığını Olimpiya Yığmalarının Təlim-Məşq bazasında keçirəcək. “Sumqayıt” daha sonra məşqlərini “Dalğa Arena”da davam etdirəcək.
Xatırladaq ki, “Sumqayıt” FK fevralın 10-da Premyer Liqanın növbəti turu çərçivəsində səfərdə AZAL-ın qonağı olacaq.
