1 fevral 2012 00:38

Neftçi finala çıxa biləcəkmi?

Xəbər verdiyimiz kimi, hazırda Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turniri keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanı sözügedən turnirdə son ölkə çempionu “Neftçi” təmsil edir.
 
“Ağ-qaralar” Ukraynanın "Metallist" (Xarkov), Polşanın "Poloniya" və Özbəkistanın "Paxtakor" klubları ilə birgə B qrupunda yer alıb. "Neftçi" ilk oyununda “Metallist”lə üz-üzə gəlmiş və meydandan məğlub ayrılmışdı – 1:3. “Poloniya” ilə görüşdə isə “ağ-qaralar” eyni hesabla qələbə qazanmışdılar – 3:1.
 
Bu gün isə Böyükağa Hacıyevin yetirmələri “Paxtakor”la münasibətlərinə aydınlıq gətirəcək. Hansı ki, bu komanda ilk oyununda “Poloniya”ya 1:2 hesabıyla yenilmişdi. Lakin ardından “Metallist”ə qalib gəlmişdi (1:1, penaltilərlə 3:2).
 
Qeyd edək ki, hazırda bütün komandaların eyni xalı (3) var və hər birinin finala çıxmaq şansı qalmaqdadı. “Neftçi” həlledici oyuna vəsiqə qazanmaq üçün Özbəkistan klubunu mümkün qədər fərqli hesabla yenməli, yeni zamanda “Metallist”in “Poloniya”ya məğlubiyyətini arzulamalıdı.
 
Yeri gəlmişkən, öncədən nəzərdə tutulan plana əsasən “Neftçi”nin Özbəkistan “Paxtakor”u ilə görüşü Türkiyə vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə 13:00) başlayacaqdı. Qrupun digər oyunu - “Metallist” (Xarkov, Ukrayna) – “Poloniya” (Polşa) görüşü isə bundan xeyli sonra (16:00-da) start götürməliydi. Lakin “Neftçi” rəhbərliyi turnirin təşkilat komitəsinə müraciət edərək, hər iki oyunun eyni vaxtda keçirilməsinin daha ədalətli olacağını bildirib. Qarşı tərəf bu müraciəti müsbət cavablayıb və qarşılaşmaların hər ikisinin Bakı vaxtı ilə saat 17:00-da başlamasına qərar verib.
 
Beynəlxalq turnir
Qrup mərhələsi
B qrupu
1 fevral
 
17:00. Neftçi – Paxtakor

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.