1 fevral 2012 20:47
Bakı yenə məğlub oldu (YENİLƏNİB)
Türkiyədəki təlim-məşq toplanışını davam etdirən “Bakı” bu gün qardaş ölkədə növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Aleksandr Starkovun yetirmələri bu dəfə Belarusun "Dinamo" (Minsk) klubu ilə üz-üzə gəliblər.
Paytaxt klubu bu görüşdə iki dəfə hesabda önə keçib. Lakin hər dəfə Belarus təmsilçisi hesabı bərabərləşdirib. "Dinamo" son dəqiqələrdə daha bir qol vurmaqla əzmkar qələbəyə imza atıb.
Qeyd edək ki, “zolaqlılar” Antalyadakı ilk sınaq matçında Hollandiya çempionatının lideri “AZ Alkmaar”la üz-üzə gəlmişdilər - 1:5. Elə Almaniyanın birinci liqa təmsilçisi “İngolstadt 04” klubu ilə qarşılaşmada da “Bakı” 4 cavabsız qolla yenilmişdi. Rumıniyanın "Panduri" klubu ilə duel 0:1 hesablı yenilgi ilə yekunlaşmışdı. Ukraynanın “Arsenal” (Kiyev) klubu isə bakılıları 2:1 hesabıyla yenmişdi.
Yoxlama oyunu
1 fevral
Bakı – Dinamo (Minsk) - 2:3 (1:1)
"Bakı"nın start heyəti: Aqil Məmmədov, Denis İvanov, Juninyo, Lukas Mario Horvat, Nenad Kovaçeviç, Duje Bakoviç, Cəmşid Məhərrəmov, Şəhriyar Əliyev, Maris Verpakovski, Elvin Məmmədov, Uinston Parks.
Oyun başladı
Komandaların qarşılıqlı hücumları davam etsə də, ciddi təhlükə yoxdu
Parks kobud oyuna görə sarı vərəqə alır
Parks növbəti kobudluğa görə meydandan qovulur. Lakin klublar arasındakı razılığa görə onun əvəzində meydana Aleksandr Şoliç çıxır
20. Horvat Şoliçin ötürməsini gözəl zərbəylə tora qovuşdurur - 1:0
26. Korner zamanı "Dinamo" hesabı bərabərləşdirir - 1:1
Topa nəzarət rəqibin əlindədi, "Bakı" isə daha çox əks-hücumlara bel bağlayır
Bakılılar ötürmələrdə çoxlu səhvlərə yol verirlər
Birinci hissə başa çatdı
İkinci hissə başladı
52. Şoliç uzaqdan möhtəşəm qola imza atır - 2:1
"Bakı" ilk yarıya nisbətən fasilədən sonra daha inamlı təsir bağışlayır
Şoliçin əla reydindən sonra zərbə mövqeyinə çıxardığı Verpakovski qapı tirini nişan alır
Qarşılıqlı hücumlar bir-birini əvəzləməkdə davam edir
82-ci dəqiqədə "Bakı" yenə üstünlüyünü əldən verdi - 2:2
85. Müdafiə xəttindəki kobud səhv nəticəsində "Dinamo" daha bir qol vurur - 2:3
Matç başa çatdı
