2 fevral 2012 01:48
Qəbələ bu gün Türkiyədə son yoxlama matçına çıxacaq
Antalyanın Belek bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” ötən gün iki məşqlə təlim-məşq toplanışının 13-ci gününü yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, komanda günün ilk yarısında qaçış və fiziki çalışmalar yerinə yetirib.
Günə toplu çalışmalar və ikitərəfli oyunla yekun vurulub. Məşqlərdə Vurğun Hüseynov, Rövşən Əmiraslanov və Deon Barton iştirak etməyiblər.
Komanda bu gün yoxlama oyunları çərçivəsində 5-ci - sonuncu oyununa çıxacaq. “Qəbələ” Xorvatiya təmsilçisi “Split”lə münasibətlərini aydınlaşdıracaq. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
