2 fevral 2012 14:02

Elxan Məmmədov AK-nın akkreditasiyası haqda

Dünya Çempionatının Yerli Təşkilat Komitəsi (YTK) aparılan danışıqlar və hüquqi proseslərin reallaşdırılması nəticəsində Avropa Komissiyasının Gənclər Fəaliyyətdə Proqramı tərəfindən rəsmi olaraq akkreditasiya almışdır. Azerisport.az xəbərinə görə bununla bağlı AFFA-nın baş katibi, Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov affa.az saytına fikirlərini bildirib:
 
“2006-ci ildə Avropa Parlamenti tərəfindən təsdiq olunmuş, Avropa Komissiyası tərəfindən idarə edilən 2007-2013-cü illəri əhatə edən Gənclər Fəaliyyətdə proqramının əsas və daimi prioritet istiqamətləri Avropa Vətəndaşlığı, gənclərin iştirakçılığı, məhdud imkanları olan gənclərin ictimai fəaliyyətə cəlb edilməsi və mədəni müxtəliflikdir. Proqramın ən vacib sub-proqramı Avropa Könüllülük Xidmətidir. Bu sub-proqram çərçivəsində müxtəlif ölkələrdən olan gənclər layihənin tərəfdaşı olan bir ölkədə müəyyən edilmiş sosial, idman, mədəniyyət, incəsənət, ictimai sahəyə uyğun vəzifələri reallaşdırır. Həmçinin beynəlxalq şərtlərə görə müddətindən asılı olmayaraq ev sahibi olan təşkilat könüllü gənclərin yerli icmalara inteqrasiyası, mədəni proqramlar, dilin öyrədilməsi kimi imkanlardan yararlanmalarına şərait yaradır.
 
Bu proqramı daha da inkişaf etdirərək 2012-ci ildən başlayaraq Avropa Komissiyası tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin fəaliyyətini gücləndirmək və prosesi daha da sürətləndirmək üçün 2012-2013-cü illəri əhatə edən “Şərq Tərəfdaşlığının Gənclər Pəncərəsi” adlı yeni təşəbbüs reallaşdırılmağa başlanıb. Yeni qaydalara əsasən, Azərbaycan da daxil olmaqla 6 Şərq Tərəfdaşı ölkələri üçün birbaşa olaraq Avropa Komissiyasına müraciət edib, birbaşa dəstək əldə edərək layihənin koordinatoru olmaq imkanları yaradılıb.
 
Yaradılmış geniş imkanları dəyərləndirən AFFA və YTK Avropa Komisiyyasının Gənclər Fəaliyyətdə proqramına müraciət edərək “Şərq Tərəfdaşlığının Gənclər Pəncərəsi” layihəsinə akkreditasiya almış ilk Azərbaycan təşkilatı oldu. Akkreditasiya sayəsində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin könüllülər komandasına Avropanın müxtəlif ölkələrindən 60-a qədər gəncin cəlb edilməsi hüququ verilib.
 
Xarici könüllülərin cəlb edilməsi Avropada ilk dəfə keçiriləcək FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin daha da rəngarəng keçirmək imkanları ilə yanaşı, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, dili, incəsənəti təbliğ edilərək Vətənimizə müxtəlif ölkələrdən yeni gənc dostlar qazandıracaq.
 
Gənclər Fəaliyyətdə proqramının 2012-ci il üçün illik prioritetindən birinin “cəmiyyətdə gənclərin aktiv fəaliyyəti və sağlam həyat tərzinin təbliğatı üçün açıq hava oyunları və kütləvi idman növlərinin təşviq edən layihələr” olması YTK üçün daha da geniş imkanlar yaradır ki, layihənin kütəviliyini artıra bilsin.
 
AFFA və YTK bununla kifayətlənməyərək xarici gənclərin Azərbaycanda, azərbaycanlı gənclərin isə xarici ölkələrdə beynəlxalq layihələrdə iştirak imkanlarını genişləndirmək üçün Avropa Komissiyası tərəfindən 2014-2020-ci illər üçün irəli sürülmüş gənclər proqramında da iştirakı planlaşdırır.
 
Bu istiqamətdə fəaliyyətimizin 2011-ci il iyulun 7-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qəbul edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.5.9 bəndində qeyd edilmiş “Gənclər arasında könüllülük hərəkatının təbliğ olunması və bu istiqamətdə beynəlxalq gənclər proqramlarının imkanlarından istifadə edilməsi” müddəasına da böyük və uzunmüddətli töhfələr verəcəyinə inanırıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.