2 fevral 2012 02:04
Afrika Millətlər Kuboku: qrup mərhələsi başa çatdı
Afrika Millətlər Kubokunda qrup mərhələsinin oyunları başa çatıb. Azerisport.az xəbər verir ki, Qabon və Ekvatorial Qvineyanın birgə ev sahibliyi etdiyi turnirin 12-ci oyun günündə daha iki görüş baş tutub.
D qrupunda üçüncü turun oyunları çərçivəsində Botsvana Mali lə üz-üzə gəlib. Əvvəlki iki oyununda məğlub olan Botsvana bu görüşdə hesabı açan tərəf olsa da, sonradan buraxılan qollarla növbəti yenilgisinə üzülüb. İkinci qələbəsini bayram edən Mali isə pley-offa adlamağın sevincini yaşayıb.
Bu isə daha çox qrupun digər oyununda Qana ilə qarşılaşan Qvineyanın xal itkisi ilə üzləşməsi nəticəsində mümkün olub. Beləcə, pley-offa son vəsiqələr líder Qana ilə Maliyə qismət olub. Botsvana və Qvineya isə qitə birinciliyi ilə vidalaşanların sırasına qoşulub.
Qeyd edək ki, bu dəfəki Afrika Millətlər Kubokunda 16 komanda 4 qrupda mübarizə aparırdı. Lakin qrup mərhələsindən sonra onların yarısı mübarizəni dayandırmalı oldu. Turnirin finalı fevralın 12-də baş tutacaq.
Afrika Millətlər Kuboku
Qrup mərhələsi
D qrupu
1 fevral
Botsvana - Mali – 1:2
Qol: Ngele, 51 – Dembele, 56, Keyta, 74.
Qana - Qvineya – 1:1
Qol: Badu, 28 – Kamara, 45.
|
1
|
Qana
|
3
|
2
|
1
|
0
|
4 - 1
|
3
|
7
|
|
2
|
Mali
|
3
|
2
|
0
|
1
|
3 - 3
|
0
|
6
|
|
3
|
Qvineya
|
3
|
1
|
1
|
1
|
7 - 3
|
4
|
4
|
|
4
|
Botsvana
|
3
|
0
|
0
|
3
|
2 - 9
|
-7
|
0
|
Qeyd edək ki, fevralın 4-də qədər turnirdə fasilə olacaq. 4 və 5-də keçiriləcək 1/4 final mərhələsinin oyunlarında aşağıdakı cütlüklər qarşılaşacaq: Zambiya – Sudan, Fil Dişi Sahili – Ekvatorial Qvineya, Qana – Tunis, Qabon – Mali.
