2 fevral 2012 14:09
Joze Alesionun bəhanələri
Azerisport.az futzal üzrə Avropa çempionatında keçirilmiş Portuqaliya – Azərbaycan (4:1) oyunundan sonra millimizin baş məşqçisi Joze Alesio Da Silvanın səsləndirdiyi fikirləri diqqətinizə çatdırır.
“Rəqib son Avropa çempionatının gümüş mükafatçısıdır. Hamı bu komandanın güclü olduğunu bilir. Ancaq Portuqaliya yığmasına qarşı yaxşı oynadığımızı düşünürəm. Sadəcə, qol imkanlarından istifadə edə bilmədik. Rəqib isə bundan yaxşı istifadə etdi. Əsas problemimiz oyunçu azlığıdır. Bu gün 8 nəfərlə oynadıq. Çox oyunçum olanda, daha yaxşı oynaya bilərik. Ancaq az oyunçu olanda, meydandakılarda yorğunluq yaranır. Rəqib isə topla daha yaxşı davrandığından, az oyunçu ilə ona qarşı oynamaq daha çətindir”.
