2 fevral 2012 14:14
Jorje Braş: Nə baş verdiyini anlaya bilmədim
Azerisport.az futzal üzrə Avropa çempionatında keçirilmiş Portuqaliya – Azərbaycan (4:1) oyunundan sonra Portuqaliya yığmasının baş məşqçisi Jorje Braşın səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:
“Birinici hissəyə nisbətən, fasilədən sonra daha yaxşı oynadıq. Nə baş verdiyini anlaya bilmədim, amma birinci hissədə son dərəcə pis təsir bağışladıq. Azərbaycan millisi yaxşı komandadır və bizi xeyli çətinlik çəkməyə məcbur etdi. Amma sevinirəm ki, ikinci hissədə yaxşı oynayaraq, uğurlu nəticə qazandıq”.
