2 fevral 2012 03:07
Antalyaspordan Jaba açıqlaması
Türkiyənin “Antalyaspor” klubu Jabanın transferini təsdiqləyib. Azerisport.az xəbər verir ki, Antalya təmsilçisi bununla bağlı rəsmi saytı ilə açıqlama yayıb.
“Antalyaspor”un açıqlamasında bildirilir ki, “Karabükspor”dan qapıçı Orkun Uşak, hücumuçu Sinan Kaloğlu və “Bakı”nın forvardı Jaba ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Jabanın “Bakı”dan gedişi kifayət qədər gözlənilməz oldu. Çünki paytaxt klubu bir sıra futbolçularını transferə çıxarsa da, braziliyalı forvardın komandadan getməsi gündəmdə deyildi.
