2 fevral 2012 00:14
Qar Superliqanı da vurdu
Futbol üzrə Türkiyə Superliqasının bir oyunu təxirə salınıb. Azerisport.az xəbər verir ki, ötən gün Atatürk Olimpiya stadionunda keçirilməli olan “İstanbul BB” – “Karabükspor” matçı baş tutmayıb.
Buna səbəb qardaş ölkəni də cənginə alan güclü qar yağışı olub. Əlverişsiz hava şəraiti matçın keçirilməsinə imkan verməyib və TFF oyunu təxirə salıb. Oyunun nə vaxt keçiriləcəyi isə bilinmir.
