2 fevral 2012 00:21
Neftçi üçüncülük uğrunda mübarizə aparacaq
“Neftçi” Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə daha bir oyun keçirəcək. Azerisport.az xəbər verir ki, qrup ikincisi olan təmsilçimiz üçüncü yer uğrunda oyunda meydana çıxacaq.
Artıq “Neftçi”nin rəqibi də məlumdu. Azərbaycan çempionu digər qrupun ikincisi “Terek”lə (Rusiya) qarşılaşacaq. Oyun fevralın 3-də, Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, “Neftçi” qrup mərhələsində Ukrayna “Metallist”inə 1:3 hesabı ilə uduzub, Polşanın “Polonya” klubunu 3:1, Özbəkistanın “Paxtakor” komandasını 3:0 hesabı ilə yenib.
