2 fevral 2012 00:39
İtaliya A Seriyasında daha 3 oyun təxirə salındı
Futbol üzrə İtaliya A seriyasında 21-ci turun daha bir neçə matçı baş tutmayıb. Azerisport.az xəbər verir ki, ötən gün keçirilməsi nəzərdə tutulan görüşlərdən üçün təxirə salınıb.
Belə ki, “Atalanta” – “Genoa”, “Bologna” – “Fiorentina” və “Siena” – “Catania” oyunlarının da keçirilməsi mümkün olmayıb. Buna hava şəraitinin əlverişsiz olması səbəb olub. İtaliyaya yağan aramsız qar sözügedən matçların keçirilməsini mümkünsüz etdiyindən, onların qeyri-müəyyən vaxta təxirə salınmasına qərar verilib.
Maraq üçün xatırladaq ki, bu turun açılış matşı - “Parma” – “Juventus” oyunu da yanvarın 31-də keçirilməli olduğu halda, eyni səbəblər ucbatından təxirə salınmışdı.
