3 fevral 2012 14:58

Xəzər Lənkəran yenə məğlub oldu (YENİLƏNİB)

Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vurmaq üzrə olan “Xəzər Lənkəran” bu gün sonuncu yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun bu dəfəki rəqibi Rusiya təmsilçisiydi.
 
Belə ki, baş məşqçi Cüneyt Biçər yetirmələrini “Şinnik”lə oyunda sınayıb. Qarşılaşma komandamızın növbəti məğlubiyyəti ilə başa çatıb.
 
Qeyd edək ki, “Şinnik” klubu 1957-ci ildə yaradılıb. Yuri Qazzayevin başçılıq etdiyi komanda I divizionda çıxış edir. Komanda son mövsümü 3-cü pillədə başa vuraraq, Premyer Liqaya çıxmaq uğrunda play-off oyunlarına vəsiqə qazanıb.
 
“Xəzər Lənkəran” hazırlıq dönəmində keçirdiyi ilk 4 matçdan 3-nü qələbə ilə başa vurmuşdu. “Ağ-yaşıllar” Türkmənistan millisini 3:1, “Volfsburq II” (Almaniya) və “Atırau” (Qazaxıstan) klublarını isə 2:1 hesabı ilə məğlub edib, Rumıniyanın “Vointa Sibiu” klubuna isə uduzmuşdu – 0:4.
 
Antalya
Yoldaşlıq oyunu
3 fevarl
 
Xəzər Lənkəran – Şinnik - 1:3 (0:2)
 
Xəzər Lənkəran: Kamran Ağayev, Eder Bonfim, Elvin Beqiri, Elnur Allahverdiyev, Alim Qurbanov, Andrey Mureşan, Rahid Əmirquliyev, Elnur Abdullayev, Tounkara Sadio, Antonio Semedo, Branimir Subaşiç.
 
Oyun başladı
5. Hakim mübahisəli penalti təyin edir və ruslar hesabı açırlar – 0:1
Hesabda geri olmasına baxmayaraq, üstünlük “Xəzər Lənkəran”dadı
45. Yaroslavl klubu ikinci penaltidən vurulan qola sevinir - 0:2
Birinci hissə başa çatdı
İkinci hissə başladı
72. "Xəzər Lənkəran" qapısında üçüncü qolu görür - 0:3
90. Komandamız təsəlli qoluna imza atır - 1:3
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.