3 fevral 2012 13:48
Millimizin forvardı da komandasına qələbə qazandıra bilmədi
Futbol üzrə Türkiyə Superliqasının 24-cü turu çərçivəsində növbəti matçlar keçirilib. Azerisport.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” öz meydanında “Kayserispor”u qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. Cihan meydana 73-cü dəqiqədə çıxıb və komandasına qələbə qazandıra bilməyib.
