3 fevral 2012 13:57
Yığmamız üçün daha bir rəqib
Futbol üzrə Azərbaycan milli komandasının yoldaşlıq görüşü keçirəcəyi daha rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Berti Foqtsun komandası Hindistan yığması ilə qarşılaşacaq.
Bu barədə Hindistan mətbuatı məlumat yayıb. Məlumatda deyilir ki, Dubay təlim-məşq toplanışı zamanı yığmamız fevralın 27-də Hindistan millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası fevralın 24-də Sinqapur, ayın 29-da isə Fələstin yığmaları ilə yoldaşlıq görüşü keçirəcək.
