3 fevral 2012 14:12

Qəbələ - Barcelona əməkdaşlığında növbəti mərhələ

“Qəbələ” - “Barcelona” əməkdaşlığının növbəti mərhələləsinə start verilir. Azerisport.az xəbər verir  ki, öncədən nəzərdə tutulduğu kimi “Qəbələ” Futbol Akademiyasının məşqçilər heyəti təcrübə məqsədi ilə Barselonaya səfər edəcək.
 
Akademiya direktoru Ali Yavaşın rəhbərlik etdiyi heyətdə Nail Kərimov (Akademiya direktorunun müavini), Halim Fıçıcı (Gənclər Futbolunun İnkişaf Proqramının rəhbəri), Famil Xəlilov (U-17-nin məşqçisi), Eldəniz Süleymanov (U-16-nın məşqçisi), Hüseynqulu Quliyev (U-15-in məşqçisi) və Sərdar Qafarov (U-14-ün məşqçisi) yer alıblar. Fevralın 3-dən 11-dək davam edəcək səfər müddətində ilkin olaraq “Barselona”nın aşağı yaş qruplarının çempionatdakı çıxışları izləniləcək. 
 
Fevralın 4-də isə “Qəbələ” təmsilçiləri Camp Nou-da “Barselona” – “Real Sosiedad” matçına tamaşa edəcəklər. Fevralın 6-dan etibarən isə mərhələli şəkildə “Barselona”nın əsas komanda və akademiya təsisləri, La Masia ilə tanışlıq baş tutacaq.  Bundan sonra akademiya rəhbərliyi ilə görüş təşkil olunacaq. Səfər zamanı klubun idarəetmə sistemi ilə tanışlıq, əsas və əvəzedici komandaların məşqçiləri ilə görüşlər planlaşdırılır. Nümayəndə heyəti İspaniya təmsilçisinin təlim üsulları ilə yaxından tanış olmaq məqsədilə bütün yaş qrupları uzrə komandaların məşq proseslərində iştirak edəcək.  Bu yolla bir müddət öncə Qəbələdə “Barselona”lı məşqçilər tərəfindən təşkil olunan seminarların tamamlanması və seminar mövzularının canlı izlənməsi hədəflənir. 
 
May ayında isə ötən ilin dekabrında Qəbələyə Xosep Moratallanın başçılığı altında səfər etmiş məşqçilər heyəti bir daha ölkəmizə gələcək. Səfər zamanı ispanlar yerli məşqçilərin və komandaların durumu və görülən işlərlə bir daha yaxından tanış olacaqlar. Eyni zamanda növbəti mövsüm görülməsi planlaşdırılan işlər müzakirə ediləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.