3 fevral 2012 14:39
Milli Futbol Federasiyası buraxıldı
Misir hökuməti Port-Səid stadionundakı qətliamla əlaqədar ölkə futbol federasiyasının rəhbərliyinin işdən azad olunduğunu bəyan edib. Azerisport.az xəbər verir ki, bu barədə Misir parlamentinin fövqəladə yığıncağında qərar qəbul olunub.
Baş nazir Kamal Əl-Qanzuri “Əl-Məsri” – “Əl-Əhli” matçında baş verənlərin məsuliyyətini federasiya rəhbərliyi və direktorunun üzərinə qoyub. Əl-Qanzuri Port-Səid qubernatorunun da istefa verdiyini açıqlayıb. Onun istefası qəbul olunub. 1 fevral hadisələrindən sonra şəhərin təhlükəsizlik departamentinin və təhqiqat idarəsinin rəhbərləri də işini itirib.
Qeyd edək ki, hadisə nəticəsində ən azı 74 nəfər ölüb, 1000-ə yaxın insan yaralanıb.
