4 fevral 2012 01:16
Azərbaycan AÇ ilə erkən vidalaşdı (YENİLƏNİB)
Bu gün futzal üzrə Azərbaycan yığması Xorvatiyanın Zaqreb şəhərində təşkil olunan Avropa çempionatında ikinci oyununa çıxıb. Azerisport.az xəbər verir ki, D qrupunda qərarlaşan millimiz Serbiya ilə üz-üzə gəlib.
Qeyd edək ki, yığmamız ilk oyununda qitə birinciliyinin əsas favoritlərindən hesab olunab Portuqaliya ilə qarşılaşmışdı. Lakin millimiz qrup birincisi olmaq üçün bu rəqibiylə dueldə uğur qazanmağa borclu olsa da, bunu bacarmamışdı – 1:4.
Bu üzdən ən azı qrup ikincisi kimi növbəti mərhələyə adlamaq üçün serblərlə dueldə qələbə qazanmağa sadəcə borcluyduq. Amma çox təəssüf ki, millimiz bu vəzifənin də öhdəsindən gələ bilməyib. Kifayət qədər məhsuldar alınan qarşılaşmada daha üstün olan serblər Portuqaliya ilə oyunun nəticəsindən asılı olmayaraq, pley-offa vəsiqəni rəsmiləşdiriblər. Yığmamızın Avropa səyahəti isə erkən başa çatıb.
Futzal
Avropa çempionatı
D qrupu
3 fevral
Azərbaycan – Serbiya - 8:9 (4:3)
Hakimlər: Sebastyan Staviçki (Polşa), Françesko Matsini (İtaliya)
Zaqreb. “Zaqreb Arena”.
AZƏRBAYCAN: 1. Andrey Tveryankin, 5. Felipe, 8. Rizvan Fərzəliyev, 14. Vitali Borisov, 18. Jadder Dantas.
Ehtiyat qüvvə: 12. Marat Salyanski, 4. Serjao, 7. Rəcəb Fərəczadə, 3. İlkin Hacıyev, 6. Alves, 9. Tyaqo, 15. Balakişiyev.
Baş məşqçi: Joze Alesio.
SERBİYA: 1. Miodraq Aksentyeviç, 7. Slobodan Yaniç, 8. Marko Prşiç, 10. Mladen Koçiç, 14. Slobodan Rayçeviç.
Ehtiyat qüvvə: 4. Miloş Milaçiç, 3. Aleksandr Jivanoviç, 5. Boyan Paviçeviç, 11. Corceviç, 12. Nikola Yosimoviç, 9. Vladimir Laziç, 13. Vidan Bojoyiç,
Baş məşqçi: Aca Kovaçeviç.
Oyun başladı
1. Felipe erkən qolla komandamızı sevindirir - 1:0
3. Tveryankin sarı vərəqə alır
4. R.Fərzəliyev komandamızın ikinci qoluna imza atır - 2:0
5. Boyoviç hesab arasındakı fərqi azaldır - 2:1
7. Boyoviç komandasının və özünün ikinci qolunu vurur - 2:2
8. Felipe yenidən komandamızı önə keçirir - 3:2
8. Rayçeviç bir neçə saniyə sonra yenə hesaba tarazlıq gətirir - 3:3
9. Jadder növbəti qayda pozuntusuna yol verir və qapımıza penalti təyin olunur. Lakin Rayçeviç Tveryankin ilə mübarizədən məğlub ayrılır
10. Jadder komandamızı önə keçirir - 4:3
12. Jivanoviç sarı vərəqə alır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
21. Koçiç hesabı bərabərləşdirir - 4:4
22. Jadder komadamızı yenə önə çıxarır - 5:4
22. Lakin bir neçə saniyə sonra Laziç komandamızın üstünlüyü qorumasına imkan vermir - 5:5
26. Aksentiyeviç sarı vərəqə alır
26. Koçiç daha bir qol vurur və yığmamızı məğlub duruma salır - 5:6
28. Boyoviç özünün üçüncü, komandasının yeddinci qoluna imza atır - 5:7
29. Prşiç sarı vərəqə alır
30. Serblər ikinci yarıda beşinci qayda pozuntusuna yol verirlər və bundan sonrakı hər qayda pozuntusu yığmamıza qol vurmaq şansı qazandıracaq
31. Jadder het-trikə imza atır - 6:7
33. Tyaqo hesabı bərabərləşdirdi - 7:7
36. Paviçeviç komandamızı məyus edir - 7:8
38. Boyoviç pokerə imza atır - 7:9
38. Cəmi bir neçə saniyə sonra o, öz qapısına da qol vurur - 8:9
Matç başa çatdı
Qrupumuzdakı son durum belədi:
|
Portuqaliya
|
1
|
1
|
0
|
0
|
4
|
1
|
3
|
3
|
|
Serbiya
|
1
|
1
|
0
|
0
|
9
|
8
|
1
|
3
|
|
Azərbaycan
|
2
|
0
|
0
|
2
|
9
|
13
|
-4
|
0
|
