3 fevral 2012 15:27
Vitali Borisov: Serbiyanı böyük hesabla yenmək vacib deyil
Futzal üzrə Azərbaycan yığmasının hücumçusu Vitali Borisov AÇ-2012-nin Serbiya ilə bu gün baş tutacaq qrup mərhələsinin vacib oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Portuqaliya yenilgisinin ardından Serbiya ilə görüşə nə dərəcədə yaxşı hazırlaşa bilmisiz?
Son oyunumuzu analiz etmişik. Kənardan pis görünmürük. Çoxlu qol vəziyyətləri yaratmışdıq. Sadəcə, onları reallaşdırmaqda çətinliklə üzləşirik. Səhvlərə gəlincə, bunlar növbəti oyunda təkrarlana da bilər, təkrarlanmaya da. Fikrimcə, Portuqaliya ilə oyunun ilk beş dəqiqəsini və son saniyələri nəzərə almasaq, sərgilədiyimiz həmin oyunlar serbləri yenə bilərik.

- Portəgizlərlə dueldə futbolçularımızda böyük həyacan olduğu dərhal sezilirdi…
- Ola bilsin ki, yorğunluq da sözünü deyirdi. Qol vurmaq istəsək də, alınmırdı. Amma həyacanlanmağa çətin ki, kiminsə vaxtı vardı. Odu ki, məğlubiyyəti heç də bununla izah etməzdim.
- Komanda bu məğlubiyyəti sakit qarşıladı və sanki serbləri yenəcəyiniz dəqiqləşib. Qələbəyə bu qədər əminsiz?
- Məsələ əminlikdə deyil. Sadəcə, məğlubiyyətə görə əsəbləşib, əhval-ruhiyyəni korlamağın mənası yoxdu. Bu, heç nəyi dəyişməyəcək. Əksinə, soyuqqanlılığımızı qoruyub saxlamalıyıq. Məğlubiyyətdən nəticə çıxarıb, hazırlaşırıq.

- Bu, yığmamız üçün finala bərabər oyundu?
- Həm bu, həm də ümid edirəm ki, növbəti oyunumuz.

- Serblərə qarşı necə oynamağı düşünürsüz?
- Serblərlə necə oynayacağımızı baş məşqçi söyləyəcək. İndidən nəsə düşünmək çətindi.

Bizə oyunun nəzarətini əlimizdə saxlamaq gərəkdi. Bu oyunda qələbə qazana bilərik. Serblər çox təcrübəlidilər. Bu, onlara çox kömək edir.
- Serbiyanı böyük hesabla məğlub etmək vacibdimi?
- Bizim üçün sadəcə qələbə qazanmaq vacibdi. Mən düşünmürəm ki, serblər Portuqaliyanı məğlub edə bilsinlər. Ola bilər ki, son oyunda heç-heçəyə nail olsunlar. Amma ondan artığını gözləmirəm.

- Portuqaliya ilə oyunda xorvatlar Azərbaycana simpatiya bəsləyirdilər. Gözləyirsiz ki, serblərlə görüşdə sizə azarkeşlik etsinlər?
- Portuqaliya ilə görüşdə sərgilədiyimiz oyunla biz o dəstəyə layiq idik. Azarkeşlər yaxşı oyun xoşlayırlar. Kim onu sərgiləyə bilirsə, azarkeşlərin də simpatiyasını o qazanır. Bu dəfə necə olacağını indidən deyə bilmərəm.