3 fevral 2012 15:46
Stanislav Çerçesov: Neftçi layiqli qələbə qazandı
Rusiyanın “Terek” klubunun baş məşqçisi Stanislav Çerçesov Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:3 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Özünüz də gördünüz ki, “Terek”də daha çox qol epizodu oldu. Sadəcə, biz onların hamısını boşa verdik. İki dəfə futbolçularımızın zərbəsi dirəkdən döndü. Bu gün “Neftçi” daha güclü idi. Mən onlardan belə oyunu gözləyirdim. Ola bilsin ki, mənim komandamı finala çıxa bilməməsi məyus etmişdi. Amma istənilən halda “Neftçi” layiqli qələbə qazandı. "Neftçi" həmişə yaxşı komanda olub. Bu gün də sübut etdilər ki, nəinki Azərbaycanın, həm də MDB-nin ən güclü klublarından biridir. Rəqibin son 3 oyunda qələbə qazanması da dediklərimi sübut edir. "Neftçi"nin güclü yarımmüdafiə və hücum xətti var. Rəqibimiz finala layiq idi, amma 3-cü yer də pis nəticə deyil".