3 fevral 2012 16:27
Rəşad Abdullayev: Bu da pis nəticə deyil
"Neftçi"nin futbolçusu Rəşad Abdullayev Rusiyanın “Terek” klubu ilə keçirilən oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 3:0 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:
"Rəqib qapısına 3 qol vurub inamlı qələbə qazandıq. Hücumlarımız sürətli və məhsuldar alındı. Nəticədə yarışı 3-cü yerdə bitirdik. Turnirin finalında da oynaya bilərdik. Təəssüf ki, ilk matçda "Metallist"ə uduzaraq bu şansı əldən verdik. Hər halda bu da pis nəticə deyil"
