3 fevral 2012 16:45
“Bu, mənim üçün böyük təcrübə oldu”
"Neftçi"nin gənc futbolçusu İlham Allahverdiyev Rusiyanın “Terek” klubu ilə keçirilən oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 3:0 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:
"Belə oyunda meydana çıxmaq mənim üçün böyük təcrübə oldu. Məşqçilərə minnətdaram ki, mənə şans verdilər. Əsas komanda ilə turnirdə iştirak etmək bizim inkişafımız üçün vacibdi. Məqsədim yaxın gələcəkdə əsas heyətdə möhkəmlənməkdi".
