3 fevral 2012 16:53
Hacı Hacıyev: Neftçinin oyunu xoşuma gəldi
Rusiyalı məşhur məşqçi, son olaraq "Anji" klubunu çalışdırmış Hacı Hacıyevin bu gün Türkiyədə keçirilən "Neftçi" və “Terek” arasındakı görüşü izlədiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, o, görüşdən sonra paytaxt klubunun rəsmi saytına açıqlama verib:
"Neftçi"nin oyunu xoşuma gəldi. Komandanın heyətində oynayanlar əsasən gənclərdir. Onların təcrübəsi çox olmasa da, top uğrunda meydanda sona qədər mübarizə aparırlar. Xüsusən 25 və 27 nömrəli futbolçuların (Cavid İmamverdiyev və Rəşad Abdullayev nəzərdə tutulur) çıxışını bəyəndim. Komandadakı legionerlərin də oyunu yaxşı təsir bağışlayır. "Neftçi" hazırki vəziyyətdə Rusiya çempionatında yüksək yerlər uğrunda yarışa bilər".