3 fevral 2012 17:32
Omari Tetradze də Neftçini təriflədi
Vaxtilə Rusiya yığma komandasının şərəfini qorumuş, daha sonra məşqçi kimi tanınmış Omari Tetradze "Neftçi"nin oyununu izləyib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis bu münasibətlə paytaxt klubunun rəsmi saytına fikirlərini açıqlayıb:
"Neftçi"nin burda bir-neçə görüşünü izlədim. Komandanın oyununa baxanda məşqçi işi açıq-aşkar görünür. Güclü kollektiv formalaşdıra biliblər. Futbolçular bir-birini əla başa düşür. Keçirdikləri hər oyun rəngarəngliyi ilə seçilirdi. Gənc futbolçuların texnikası isə məni valeh etdi. 3-cü yeri tutsalar da, layiq olduqları yer final idi".