3 fevral 2012 18:03
Yığmamız Türkiyə millisindən qisasını ala bilmədi
Türkiyənin Antalya şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamız Türkiyənin 1995-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığması ilə qarşılaşıb.
Oyunda hesab açılmayıb – 0:0.
Xatırladaq ki, bu komandalar arasında bir neçə gün öncə baş tutan digər görüşdə qardaş ölkə yığması 4 cavabsız qolla qələbə qazanmışdı.
