3 fevral 2012 18:44
Sumqayıt məşqlərini davam etdirir (FOTOLAR)
Əlverişsiz hava şəraitinə baxmayaraq, “Sumqayıt” Futbol Klubu hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, Bernard Raabın komandası bu gün Olimpiya Yığmalarının Təlim-Məşq bazasında növbəti məşqini keçirib.
Hazırda 19 yaşadək futbolçulardan ibarət milli komandanın heyətində olan Orxan Əliyev, Ruslan Nəsirli, Şamil Cəmaləddinov və Samir Yusifov hazırlıq prosesində iştirak etməyib. Komanda fevralın 5-dən 9-dək isə hazırlığını “Dalğa Arena”da davam etdirəcək.
Xatırladaq ki, “Sumqayıt” FK fevralın 10-da Premyer Liqanın növbəti turu çərçivəsində səfərdə AZAL-ın qonağı olacaq.
