3 fevral 2012 18:51
Sumqayıtın Rəvanla sınaq matçı sabaha qaldı
"Sumqayıt” Futbol Klubu əvvəlcədən planlaşdırıldığı kimi bu gün “Rəvan”la yoxlama oyunu keçirməli idi. Lakin əlverişsiz hava şəraitinə görə, həmin qarşılaşma fevralın 4-də baş tutacaq.
Azerisport.az xəbər verir ki, “Rəvan”la yoxlama oyunu “Şəfa” stadionunda saat 14:00-da başlayacaq. Xatırladaq ki, “Sumqayıt” fevralın 2-dən 5-dək hazırlığını Olimpiya Yığmalarının Təlim-Məşq bazasında keçirəcək, komandamız daha sonra məşqlərini “Dalğa Arena”da davam etdirəcək.
