4 fevral 2012 13:15
Slavço Georgiyevski: Bunu heç özüm də gözləmirdim
“Neftçi”nin yarımmüdafiəçisi Slavço Georgiyevski Türkiyədə təşkil olunan Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir çərçivəsindəki üçüncü yer uğrunda oyunda Rusiyanın “Terek” klubu üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az saytına müsahibəsində makedoniyalı yarımmüdafiəçi hesabı açdığı və 3:0 qazandıqları görüşlə bağlı bunları dilə gətirib:
“Terek”ə vurduğum qol doğrudan da gözəl alındı. Heç özüm də bunu gözləmirdim. Amma hər şeydən önəmli olan komandamızın qələbəsiydi. Turnirdəki uğurlu nəticə bizdə özünəinamı da artırmış oldu. Bu da qarşıdan gələn çempionat oyunlarında bizim üçün çox vacibdi”.