4 fevral 2012 14:17

Mərkəzi arena mart ayında təhvil veriləcək

Tofiq Bəhramov adına Respublika stadionunda tribunaların üstünün örtülməsi prosesinə başlanılıb. Azerisport.az xəbər verir ki, bu barədə arenanın direktoru Akif İsmayılov məlumat verib.
 
Onun sözlərinə görə, stadionun üstü dairəvi örtüklə əhatə olunacaq. Bu məqsədlə hər tərəfdən tribunalar qaldırılaraq bərabər səviyyəyə çatdırılacaq. Tablo istiqamətindəki tribunalar isə böyüdüləcək. Onların arasında yer alacaq mətbuat sektoru yuxarı mərtəbəyə qaldırılacaq. Artıq çəkilişlər də əvvəlki kimi əsas tribuna tərəfdən yox, əks istiqamətdən aparılacaq. Bununla əlaqədar diktor kabinələri tablo istiqamətindəki sektora köçürüləcək. Stadionun əsas sektorunda isə açıq və 14 ədəd qapalı VİP-kabinələr olacaq.
 
İsmayılov bildirib ki, qarlı hava şəraiti görülən işlərə elə də təsir etməyib. Yalnız bir günlük fasilədən sonra işlər axarına düşüb. Stadionun martın 30-da təhvil verilməsi nəzərdə tutulub. Lakin həmin vaxt meydançanın örtüyü ot yox, asfaltdan olacaq. Bu isə arenanın “Eurovision-2012”yə B planı kimi nəzərdə tutulması ilə əlaqədardır: “Düzdür, beynəlxalq mahnı müsabiqəsinin “Crystal Palace”də keçiriləcəyi rəsmən açıqlanıb. Lakin qaydalara əsasən, təşkilatçı ölkənin B planı da olmalıdır. Ona görə də bizim stadion ehtiyat variant statusunu hələ itirməyib. Hazırda arenamızın meydança hissəsi səhnə qismində asfaltlanıb. “Eurovision-2012”nin Respublika stadionunda keçirilməyəcəyi barədə bizə qəti söz deyilsə, asfalt söküləcək və onun yerinə Azərbaycanın münasib ərazisində əkilmiş ot örtüyü rulon formasında gətirilərək, səriləcək. Bu isə mayadək həllini tapmalıdır”.
 
Direktor 17 yaşadək qızlar arasında dünya çempionatının açılış mərasiminin sentyabrın 22-də Respublika stadionunda baş tutacağını da əlavə edib. (Lent.az)
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.