4 fevral 2012 01:24
İnter Türkiyədə birinci oldu (FOTOLAR)
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, gündə iki dəfə məşq edən Kaxaber Tsxadadzenin yetirmələri ötən gün axşam məşqinə çıxıblar.
Əlavə edək ki, "İnter" toplanış çərçivəsində Ukraynanın "Volın" və Avstriyanın "Şturm" komandalarının iştirakıyla keçirilən mini-turnirin qalibi olub. Çünki "İnter" Ukrayna komandasıyla sülh bağlamış (0:0), "Şturm" komandasına isə 2:1 hesabıyla qalib gəlmişdi. Ötən gün "Volın" – “Şturm" qarşılaşmasında avstriyalıların 2:1 hesabıyla qalib gəlmələri "İnter"ə turniri ilk sırada başa vurmağa imkan yaradıb.
Xatırladaq ki, bu gün "İnter" Bolqarıstanın "Ludqorets" komandasına qarşı son yoxlama matçını keçirəcək. Oyun yerli vaxtla saat 17.00-da başlayacaq.
