4 fevral 2012 01:57
Atsa Kovaçeviç: Fəxr edirəm ki, heyətimizdə braziliyalılar yoxdu
Futzal üzrə Serbiya milli komandasının baş məşqçisi Atsa Kovaçeviç AÇ-2012-nin qrup mərhələsi çərçivəsində keçirilmiş Azərbaycanla oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, millimiz üzərində qazandıqları qələbə (9:8) ilə bağlı bunları dilə gətirib:
"Nəticədən razıyam, ancaq oyun məni qane etmədi. Hər iki komanda müdafiədə çox pis oynadı. Avropa çempionatının oyunlarında bir görüşdə bu qədər qol yəqin ki, vurulmayıb. Birinci hissədə uşaqlar çox əsəb keçirirdilər. Buna baxmayaraq, sonradan oyunu nizama salmaq mümkün oldu. Bu qələbə bizə vaxtından əvvəl 1/4 finala çıxış qazandırdı. Mən fəxr edirəm ki, heyətimizdə braziliyalılar yoxdu və ancaq yerli uşaqlar oynayır".
